10 yanvar 2026-cı il tarixində Bakı şəhərində hemorragik insultun etiologiyadan klinik qərarverməyə qədər bütün mərhələlərini əhatə edən geniş formatlı elmi-praktiki təlim və master-klass uğurla keçirildi.
Tədbir Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubu və Health and Science Events şirkətinin birgə təşkilatçılığı, həmçinin Citomed Klinikasının təşkilati dəstəyi ilə həyata keçirilib.
Təlim çərçivəsində beynəlxalq və yerli ekspertlər tərəfindən etiologiya, neyrovizualizasiya, mikroangiopatiyalar, kəskin müalicə strategiyaları və klinik qərarvermə alqoritmləri təqdim olunub, həmçinin real klinik hallar üzrə interaktiv müzakirələr və kviz təşkil edilib.
Spikerlər və Təlimçilər:
* Dr. Mərziyyə Məmmədova - Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına ADHTİ Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Azərbaycan)
* Aybəniz Murtuzova, MD - Avropa İnsult Magistri (European Stroke Master), insult və nevrologiya üzrə baş məsləhətçi (Danimarka)
* Uzm. Dr. Mubariz Murtuzov - Medera Hospital, beynəlxalq dərəcəli nevroloq, Səudiyyə Ərəbistanı və Danimarkanın klinik təcrübəsi (Azərbaycan)
Təlim klinik qərarvermə bacarıqlarının gücləndirilməsi, multidissiplinar yanaşmanın təşviqi və müasir elmi-praktik protokolların tətbiqi baxımından yüksək qiymətləndirildi.
Tədbirin təşkilinə dəstək göstərən Citomed Klinikasına və iştirak edən bütün həkim həmkarlarımıza təşəkkür edirik.
24.01. 26 ci il tarixində Tibbi Turizm Assosiasiyası Citomed Xroniki xəstəliklər mərkəzi ilə tanış oldu







