
24.01. 26 ci il tarixində Tibbi Turizm Assosiasiyası Citomed Xroniki xəstəliklər mərkəzi ilə tanış oldu
Tibbi Turizm Assosiasiyasının nümayəndələri ölkənin aparıcı tibb müəssisələrindən biri olan Citomed xroniki xəstəliklər mərkəzi ilə tanışlıq səfəri həyata keçiriblər. Görüş çərçivəsində mərkəzin infrastrukturu, tibbi xidmət istiqamətləri və beynəlxalq standartlara uyğun fəaliyyəti təqdim olunub.
Təqdimat zamanı Citomed Klinikasının əsasən xronikini xəstəliklər mərkəzi olması, müasir tibbi avadanlıqlarla Barokamera apparatı ilə təchiz edildiyi , yalnız Citomed klinikasına məxsus CİTO test analizinin (200-ə yaxın qida testi ) keçirilməsi, bundan başqa İV tetapiyalatın keçirilməsi və ixtisaslı həkim heyəti və sağlam uzun ömürlülüyün təmin olunması yönümlü xidmət prinsipləri ilə fəaliyyət göstərdiyi vurğulanıb. Klinikanın yerli və xarici pasiyentlər üçün təqdim etdiyi diaqnostika və müalicə imkanları Tibbi Turizm Assosiasiyasının marağına səbəb olub.Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib. Tərəflər tibbi turizmin inkişafı, beynəlxalq pasiyent axınının artırılması və Azərbaycan səhiyyəsinin tanıdılması istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Bu cür tanışlıq görüşlərinin ölkədə tibbi turizmin güclənməsinə və səhiyyə sektorunun beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.
11.02.2026Ətraflı Oxu
10.01.2026 ci iltarixində HEMORRAGIK İNSULT: ETIOLOGIYADAN KLINIK QƏRARVERMƏYƏDƏK təlimi10 yanvar 2026-cı il tarixində Bakı şəhərində hemorragik insultun etiologiyadan klinik qərarverməyə qədər bütün mərhələlərini əhatə edən geniş formatlı elmi-praktiki təlim və master-klass uğurla keçirildi.
Tədbir Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubu və Health and Science Events şirkətinin birgə təşkilatçılığı, həmçinin Citomed Klinikasının təşkilati dəstəyi ilə həyata keçirilib.
Təlim çərçivəsində beynəlxalq və yerli ekspertlər tərəfindən etiologiya, neyrovizualizasiya, mikroangiopatiyalar, kəskin müalicə strategiyaları və klinik qərarvermə alqoritmləri təqdim olunub, həmçinin real klinik hallar üzrə interaktiv müzakirələr və kviz təşkil edilib.
Spikerlər və Təlimçilər:
* Dr. Mərziyyə Məmmədova - Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına ADHTİ Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Azərbaycan)
* Aybəniz Murtuzova, MD - Avropa İnsult Magistri (European Stroke Master), insult və nevrologiya üzrə baş məsləhətçi (Danimarka)
* Uzm. Dr. Mubariz Murtuzov - Medera Hospital, beynəlxalq dərəcəli nevroloq, Səudiyyə Ərəbistanı və Danimarkanın klinik təcrübəsi (Azərbaycan)
Təlim klinik qərarvermə bacarıqlarının gücləndirilməsi, multidissiplinar yanaşmanın təşviqi və müasir elmi-praktik protokolların tətbiqi baxımından yüksək qiymətləndirildi.
Tədbirin təşkilinə dəstək göstərən Citomed Klinikasına və iştirak edən bütün həkim həmkarlarımıza təşəkkür edirik.11.02.2026Ətraflı Oxu
Bakı şəhərində Miqren Mütəxəssislərinin 1-ci illik Beynəlxalq konfransı keçirilib.20 dekabr 2025 ci il tarixində Bakı şəhərində Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1 ci illik Beynəlxalq konfransı keçirilib. “Baş Ağrısı Təbabətində Qlobal prespektivlər “ mövzusuna həsr olunan tədbir SEM Academy təşkilati dəstəyilə uğurla baş tutub .
Onuda qeyd edək ki təşkilat komitəsinin sədri Dr.Sərxan Əmirquliyev Citomed klinikasında yerləşən Miqren və baş ağrıları Mərkəzinin Rəhbəridir
Konfransın açılışında AMMİB-in həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev çıxış edərək tədbirin əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və regional əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib. O, həmçinin konfransın Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, dəyərli alim Prof. Dr. Məsud Aşinanın 60 illik yubileyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Rəsmi hissədə Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev, Azərbaycan Tibb Universitetinin rektoru Garay Garaybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərini Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov çıxış ediblər.
Tədbir miqren və baş ağrılarının diaqnostika və müalicəsi sahəsində elmi yanaşmaların inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbir çərçivəsində Danimarka, Almaniya, Belçika, İtaliya, Portuqaliya, ABŞ və Türkiyədən dəvət olunmuş beynəlxalq və yerli mütəxəssislər tərəfindən ən son elmi tədqiqatlar, klinik müzakirələr və müasir müalicə strategiyaları təqdim edilib.
Konfrans zamanı AMMİB-in sədri Prof. Dr. Sədaqət Hüseynova, konfransın sədri Prof. Dr. Məsud Aşina, İdarə Heyətinin üzvü Prof. Dr. Ayten Məmmədbəyli, Prof. Dr. Rövhən Həsənov və dos. Dr. Rahim Əliyev master-klass və sessiyalarda məruzəçi qismində fəal iştirak ediblər.
Günün sonunda beynəlxalq ekspertlərin və yerli nevroloqların iştirakı ilə interaktiv panel keçirilib, konfrans yekun nitqlə bağlanıb.
Təşkilat Komitəsi adından konfransa dəstək göstərən ATU, ADHTİ və TƏBİB-ə, eləcə də iştirak edən bütün həkim-mütəxəssislərə təşəkkür edirik
23.12.2025Ətraflı Oxu