24.01. 26 ci il tarixində Tibbi Turizm Assosiasiyası Citomed Xroniki xəstəliklər mərkəzi ilə tanış oldu

Tibbi Turizm Assosiasiyasının nümayəndələri ölkənin aparıcı tibb müəssisələrindən biri olan Citomed xroniki xəstəliklər mərkəzi  ilə tanışlıq səfəri həyata keçiriblər. Görüş çərçivəsində mərkəzin infrastrukturu, tibbi xidmət istiqamətləri və beynəlxalq standartlara uyğun fəaliyyəti təqdim olunub.
Təqdimat zamanı Citomed Klinikasının əsasən xronikini xəstəliklər  mərkəzi olması, müasir tibbi avadanlıqlarla Barokamera apparatı ilə təchiz edildiyi , yalnız Citomed klinikasına məxsus  CİTO test analizinin (200-ə yaxın qida testi ) keçirilməsi, bundan başqa İV tetapiyalatın keçirilməsi və ixtisaslı həkim heyəti və sağlam uzun ömürlülüyün təmin olunması yönümlü xidmət prinsipləri ilə fəaliyyət göstərdiyi vurğulanıb. Klinikanın yerli və xarici pasiyentlər üçün təqdim etdiyi diaqnostika və müalicə imkanları Tibbi Turizm Assosiasiyasının marağına səbəb olub.

Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib. Tərəflər tibbi turizmin inkişafı, beynəlxalq pasiyent axınının artırılması və Azərbaycan səhiyyəsinin tanıdılması istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər.

Bu cür tanışlıq görüşlərinin ölkədə tibbi turizmin güclənməsinə və səhiyyə sektorunun beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.

0
117play
2
3
4
5
6
7
8
9
10
11
12
Oxşar xəbərlər
23.12.2025
Bakı şəhərində Miqren Mütəxəssislərinin 1-ci illik Beynəlxalq konfransı keçirilib.
11.02.2026
10.01.2026 ci iltarixində HEMORRAGIK İNSULT: ETIOLOGIYADAN KLINIK QƏRARVERMƏYƏDƏK təlimi