Qan azlığı üzrə proqram

Qan azlığı üçün IV terapiya hemoglobin səviyyəsinin yüksəldilməsi, orqanizmin oksigenlə təminatının yaxşılaşdırılması və anemiyanın yaratdığı yorğunluq və zəifliyin azalması məqsədilə tətbiq olunan venadaxili müalicə və dəstək üsuludur. Aktiv maddələr damar daxili verildiyi üçün daha sürətli və effektiv təsir göstərir.

 

Faydaları:

• Hemoglobin və ferritin səviyyəsinin artmasına kömək edir

• Yorğunluq, halsızlıq və başgicəllənməni azalda bilər

• Fiziki dözümlülüyü və enerji səviyyəsini artırır

• Hüceyrələrin oksigenlə təminatını yaxşılaşdırır

• Bərpa prosesini sürətləndirir

 

Kimlər üçün uyğundur:

• Dəmir çatışmazlığı anemiyası olanlar

• B12 və ya fol turşusu çatışmazlığı olan şəxslər

• Ağızdan dəmir preparatlarını qəbul edə bilməyənlər

• Xroniki qan azlığı yaşayanlar

 

 Qeyd: Qan azlığı üçün IV terapiya yalnız laborator analizlər  əsasında və həkim nəzarəti altında tətbiq olunmalıdır.